Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Rusiya Prezidenti Baş naziri ad günü münasibətilə təbrik edib.
Paşinyan zəng və təbriklərə görə Rusiya Prezidentinə təşəkkür edib.
Həmsöhbətlər həmçinin ikitərəfli və çoxtərəfli gündəliyin cari məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Baş nazir Rusiya Prezidentinə fikir ayrılıqlarına səbəb olan bir sıra məsələlərdə balanslı mövqeyinə, dostcasına nitqinə və dəstəyinə görə təşəkkür edib.
Həmsöhbətlər münasib fürsətdə müzakirələri görüş formatında davam etdirmək barədə razılığa gəliblər.
Ağarza Elçinoğlu