Paşinyan Putinlə razılaşmanı açıqladı: Rusiya ilə münasibətlər “inventarlaşdırılacaq”

03.09.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan və Rusiya ikitərəfli münasibətlərin “inventarlaşdırılması” barədə razılığa gəlib.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə danışarkən bildirib.

Paşinyanın sözlərinə görə, tərəflər Ermənistan-Rusiya münasibətlərini bütün istiqamətlər üzrə nəzərdən keçirmək və bu münasibətlərin praktik olaraq hansı sahələri əhatə etdiyini müəyyənləşdirmək barədə razılığa gəliblər.

“Belə bir fikir yarandı ki, Ermənistan-Rusiya münasibətlərini inventarlaşdırmalıyıq. Bunun praktikada nə demək olduğunu, bu başlıq altında hansı istiqamətlərin olduğunu, hansı məsələlərdə eyni mövqedə olduğumuzu, hansı məsələlərdə isə fərqli yanaşmaların mövcudluğunu müəyyənləşdirməliyik”, – Paşinyan deyib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью