Paşinyan Putinlə son telefon danışığını müsbət qiymətləndirib

02.06.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığının müsbət keçdiyini bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan bunu “İzvestiya”ya deyib.

“Dünən Rusiya Prezidenti ilə danışdım, əlbəttə ki, zənginə görə ona təşəkkür etdim. Məni ad günüm münasibətilə təbrik etmək üçün zəng etdi. Biz aktual məsələləri müzakirə etdik və söhbətimiz müsbət oldu”, — Baş nazir qeyd edib.

Xatırladaq ki, iyunun 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью