Icma.az bildirir, Yenisabah portalına istinadən.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, bunu o, sosial şəbəkələrdə canlı yayım zamanı deyib.
Paşinyanın sözlərinə görə, sülh sazişinin nəticəsində Ermənistanın ərazisi 29 743 kv/km olmalıdır: "Sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalı, Ermənistanla Azərbaycan uyğun ölçüdə ərazi mübadiləsi aparmalıdır". Sezar pizza
Baş nazir qeyd edib ki, TRİPP layihəsi çərçivəsində və ondan kənarda bütün yollar və kommunikasiya xətləri açıq olmalıdır: "Ermənistan və Azərbaycan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlər üzrə bir-birini rahat buraxmalıdır. Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi də daxil olmaqla, heç bir tələb olmamalıdır".
Ermənistan hökumət başçısının sözlərinə görə, Türkmənistanda Prezident İlham Əliyevlə son təmaslardan sonra onda belə bir qənaət formalaşıb ki, iki ölkə arasında sülhün məhz bu formada təmin edilməsi imkanı var.