Paşinyan: “Qarabağ hərəkatı artıq məntiqsizdir

20.08.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən yeni proqramda "Qarabağ hərəkatı"nın ideologiyasına yer olmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Paşinyan bu barədə hökumətin iclasında çıxışı zamanı danışıb.

“Orta və yaşlı nəsillərin demək olar ki, bütün erməni siyasi xadimləri, eləcə də gənc nəslin bir çox nümayəndəsi "Qarabağ hərəkatı"nın ideologiyası ilə bağlıdır. Bu, hökumət rəsmilərinə də aiddir. Lakin son illərdə hökumət illərdir bağlı qalan səhifələri yenidən oxumaq qərarına gəlib. Bu yenidən düşünmə sülh gündəliyinin və əsl Ermənistanın formalaşmasına gətirib çıxarıb”, - deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, oxşar mesaj Ermənistan cəmiyyətindən də gəlib.

O vurğulayıb ki, sülh gündəliyinə uyğun olaraq hökumət böhran idarəçiliyindən adi idarəçiliyə keçməyi, insan hüquqlarının gücləndirilməsinə, iqtisadi diplomatiyaya, süni intellektin tətbiqinə və səhiyyə sahəsinə daha çox diqqət ayırmağı planlaşdırır.

Qeyd edək ki, 2026-2031-ci illər üçün hökumət proqramı Nazirlər Kabinetində təsdiqləndikdən sonra müzakirə və təsdiq üçün Ermənistan parlamentinə təqdim ediləcək.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью