Paşinyan: “Qarabağ məsələsinin həll olunmadığını iddia edənlər yeni müharibə istəyir”

11.12.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Mətbuatda Qarabağ məsələsinin həll olunmadığını, Ermənistanda haradasa müzakirələrin aparıldığını göstərən başlıqlar görürəm və bunu azərbaycanlılar da görürlər”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Hamburqda erməni jurnalistlərlə görüşdə bildirib.

"Onlar müxalifətimizin “Ermənistanda repressiyalar var, bu diktaturadır” sözlərini eşidirlər. Azərbaycan cavab verir ki, əgər bu, diktaturadırsa, onda niyə hökumət bütün bunları qadağan etmir? Biz də öz növbəmizdə deyirik ki, , niyə Azərbaycan hökuməti Qərbi Azərbaycanla bağlı hər hansı bir tədbiri, çıxışı və s. maliyyələşdirir?”

Paşinyan deyib ki, bu məsələ ikitərəfli şəkildə həll olunmalıdır: 

“Xalqlarımıza sülh içində yaşamaq şansı verməliyik. Qarabağ məsələsinin həll olunmadığını deyəndə nəyi nəzərdə tuturlar? Bu insanlar mənə deyirlər ki, 7000 gənci öldürmüsünüz. Əgər Qarabağ məsələsi həll olunmayıbsa, nə təklif edirsiniz? Qarabağ məsələsinin davam etməsi yeni müharibə, yeni qurbanlar, yeni çətinliklər, yeni blokada deməkdir və bu da öz gözlənilməz nəticələri ilə müşayiət olunur.

Qarabağ məsələsinin həll olunmadığını deyənlər iddia edirlər ki, Ermənistan yeni müharibəyə başlamalıdır. Ermənistanda yeni müharibəyə çağıran qüvvələr olduğunu deyəndə Azərbaycan cavab verir ki, onda hərbi büdcələi artırmalıyıq. Bu halda isə biz Qərbi Azərbaycan ritorikasını qəbul etməliyik. Hər şeyi bu qədər ətraflı izah etmək lazımdır?

İndi taleyimizi dəyişdirmək şansımız var, bəli, bu, həlak olanlarımızın həyatı bahasınadır”.“Sülh bərqərar olub, Qarabağ məsələsi həll olunub, bütün məsələlər həll olunub - Azərbaycanın məsələsi, Ermənistanın məsələsi, regionun məsələsi, nəqliyyat məsələsi və sərhəd demarkasiyası məsələsi həll olunub. Qalan tək şey bu qərarlara riayət etmək, təxribatlara uymamaq və təxribat xarakterli bəyanatlar verməməkdir”, - deyə Paşinyan bildirib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Qarabağ məsələsi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью