Paşinyan Qarabağla bağlı iddianı yeni Konstitusiyadan çıxartdırır

12.03.2026

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

O, bildirib ki, Müstəqillik Bəyannaməsi münaqişə məntiqi üzərində qurulub: "Biz bu məntiqə əməl edib müstəqil dövlət qura bilmərik".

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb. Azərbaycan da məhz bunun dəyişdirilməsini tələb edir. 

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью