Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ermənistan məhkəməsi Katolikos II Qareginin qardaşı Gevorq Nersisyan barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb. Nersisyanın vəkili Ara Zohrabyanın sözlərinə görə, istintaq onu xuliqanlıqda və seçki kampaniyasına mane olmaqda ittiham edir.
Globalinfo.az xəbər verir ki, Agentliyin mənbəsinin sözlərinə görə, Armavir Regional Məhkəməsinin bu qərarı açıq-aşkar qanunsuzdur.
Qeyd edək ki, Ermənistan məhkəməsi Gevorq Nersisyan və onun qardaşı oğlu Ambartsum Nersisyan barəsində bir aylıq məhkəməyəqədər həbs qətimkan tədbiri seçmişdi. Onlara qarşı ittiham Vaqarşapat meri vəzifəsinə Respublika Partiyasından namizəd Harutyun Mkrtçyanın sosial şəbəkələrdə paylaşdığı məlumatlar əsasında irəli sürülüb.
Əliyar Xəlil