Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Vətəndaş Müqaviləsi” Partiyasının keçmiş millət vəkili və Nikol Paşinyanın qaynı Qraçya Akopyanın "Noah" Futbol Klubunun prezidenti Varqdes Vardanyanın müşaviri təyin edilib.
“Cebheifo.az”xəbər verir ki, bu barədə “Hraparak” yazıb.
Klubun sözçüsü Anna Ohanyan bu barədə suala cavab verib: "Noah Futbol Klubu prezidentinin müşaviri Hrachya Hakobyan Noah Park layihəsinin həyata keçirilməsində və inkişafında birbaşa iştirak edir”.
Vaqarşapatda 23,8 hektar ərazidə tikilən idman kompleksində 15.000 tamaşaçı tutumu olan stadion, gənclər futbol mərkəzi, məşq obyektləri və ictimai yerlər olacaq. Ermənistan müstəqillik qazandıqdan bəri bu miqyasda futbol infrastrukturu tikilməyib. Noah Parkı futbolun inkişafı, gənc futbolçuların tərəqqisi və icma üçün yeni imkanlar yaradır.
Layihənin həyata keçirilməsi zamanı Qraçya Akopyan klub prezidentinin müşaviri kimi layihənin fəaliyyətlərindən birini əlaqələndirəcək.
Xatırladaq ki, Akopyan 2026-cı ildə “Vətəndaş Müqavilə”sinin seçki siyahısına daxil edilməyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin