Paşinyan qondarma soyqırımını konstitusiyadan çıxarır?

24.03.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Osmanlı İmperiyasında erməni “soyqırımı”ndan imtina edəcəyi ilə bağlı Türkiyəyə vəd verib”. 

“Cebheinfo.az”-ın məlumatın görə, Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkələrdə belə açıqlama ilə çıxış edib. ERP-nın nümayəndəsi bildirib ki, hakimiyyətin qəbul etmək niyyətində olduğu gələcək konstitusiya “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinə toxunmayacaq. 

Aşotyan hesab edir ki, belə ssenarinin qarşısını ancaq hakimiyyəti dəyişdirməklə almaq olar. Qeyd edək ki, yanvar ayında Nikol Paşinyan Sürixdə erməni icması ilə görüşündə soyqırım məsələsini yenidən araşdırmağa və nəyin və niyə baş verdiyini anlamağa çağırıb. Baş nazir bu yaxınlarda türkiyəli jurnalistlərə müsahibəsində “soyqırımı”nın tanınması İrəvanın xarici siyasət prioritetləri sırasında olmadığını deyib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью