Paşinyan referendum təklifini dəstəklədi

07.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa Birliyi (AB) üzvlüyünə dair referendum keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.

“Ermənistanın Mərkəzi Seçki Komissiyası referendum layihəsinin müzakirəsi üçün imzatoplama kampaniyasını yekunlaşdırıb. Yaxın günlərdə sənəd parlamentə təqdim olunacaq”, - deputat qeyd edib.

Xzmalyan əlavə edib ki, layihə qanunverici orqanın dəstəyini qazana bilməsə, kampaniya yenidən keçiriləcək və 300 min imza toplamaq mümkün olsa, ümumxalq səsverməsi qanunverici orqanın qərarı olmadan baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью