Paşinyan Roma Papası ilə görüşüb

18.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-taca (Vatikan) işgüzar səfər çərçivəsində Roma Papası Fransisklə təkbətək söhbət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə erməni baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.

Nikol Paşinyan görüşdən fotolar da yayıb.

“Mən Vatikanda qısamüddətli işgüzar səfərdə olacaq, bu gün qayıdacağam”, – Nikol Paşinyan bildirib.

“Annanın səfəri daha uzun sürəcək” deyən baş nazir həyat yoldaşı Anna Akopyanın Vatikanda daha uzun müddət qalacağını bildirib.

Qeyd edək ki, kiçik qızı da onlarla səfər edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью