Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rumıniyaya rəsmi səfərə gəlib. Səfər zamanı Ermənistan hökumətinin başçısı ilə Rumıniya rəhbərliyi arasında danışıqların aparılması planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Harutyunyan məlumat verib.
Məlumata görə, səfər çərçivəsində aşağıdakı görüşlərin keçirilməsi nəzərdə tutulur:
Ermənistan hökumətinin başçısı Rumıniya Prezidenti Nikusor Dan ilə görüşəcək və bundan sonra birgə mətbuat konfransı keçirəcək;
Nikol Paşinyan Rumıniyanın Baş naziri Luka Nikulesku ilə danışıqlar aparacaq, daha sonra tərəflər mediaya açıqlamalar verəcəklər;
Ermənistanın Baş naziri ilə Rumıniya Senatının sədri Mirça Abrudyan arasında da görüş planlaşdırılır.
Aminə ŞAHSUVARQIZI