Paşinyan Rusiya ilə Qərb arasında vurnuxur? | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının bu gün Sankt-Peterburqda keçiriləcək sammitində videobağlantı vasitəsilə iştirak edəcək.
Bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb. O, sözügedən iclası çox vacib tədbir adlandırıb.
Xatırladaq ki, N.Paşinyan MDB ölkələrinin liderlərinin dekabrın 25-də Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitində iştirak etməyib.
“Sputnik Ermənistan”ın məlumatına görə, bir neçə gün əvvəl koronavirusa yoluxan Paşinyan iki gün ərzində iqamətgahında karantin şəraitində işləyib.
Qeyd olunub ki, dünən onun koronavirus testi mənfi olub və o, adi iş rejiminə qayıdıb.
Bəzi ekspertlər iddia edirlər ki, Nikol Paşinyan Rusiya ilə bağlatıları birdəfəlik qırmaq istəmir, çünki qərbdən tam təminat almayıb.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Ermənistan Rusiya ilə siyasi və iqtisadi bağları qorumağa çalışır: “Artıq bir neçə ildir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) və MDB-nin tədbirlərində iştirak etmir.
Tam oxu
Xəbəri oxu