Paşinyan Rusiyanın adamının pasportunu qaytardı İLGİNC

02.06.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistanda məhkəmə "Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın ümumxalq seçkilərində iştirak edə bilməsi üçün Ermənistan pasportunu ona qaytarıb.

Bakupost.az Musavat.com-a istinadla bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi məlumat verib.

Müvafiq qərar hakim Vahe Dolmazyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilib.

Karapetyanın həbsindən sonra onun pasportu müsadirə edilmişdi. Hazırda o, ev dustaqlığındadır.

S.Karapetyanın həmçinin Rusiya və Kipr vətəndaşlığı var, bu isə onun seçkilərdə iştirakına əngəl yaradır.

Amma Rusiyanın təzyiqləri fonunda erməni milyarderin pasportunun qaytarılması maraqlı məsələdir.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya, həmçinin “Ermənistan” və “Güclü Ermənistan” blokları iştirak edəcək.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью