Paşinyan Rusiyaya gedəcək Putinlə nələr müzakirə ediləcək?

07.09.2026

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

“Əsas mövzular Ermənistanın gələcək inkişafını və istiqamətini müəyyən etmək, eləcə də bu məsələ ilə bağlı referendum keçirməkdir”

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın gələcəkdə baş tuta bilər. Lakin dəqiq tarixlər hələ müəyyən edilməyib. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Yaxın gələcəkdə. Hələlik dəqiq tarix bilinmir ", - deyə Peskov bildirib.

Rusiya liderinin mətbuat katibi Ermənistan Baş nazirinin səfərinin bu il baş tutacağını söyləyib.

Peskov jurnalistlərə bildirib ki, Bişkekdə Paşinyan və Putin arasında keçirilən görüşdən sonra Rusiya və Ermənistan qurumları ticarət məsələləri üzərində işləyəcəklər: "Bişkekdə Paşinyanla görüş çox vacib və olduqca məzmunlu idi. İkitərəfli ticarət və iqtisadi əməkdaşlıqla bağlı bir neçə konkret məqam müəyyən edilib. Müvafiq qurumlar bu məsələlər üzərində işləyir və işləyəcəklər".

O, həmçinin Moskvada keçiriləcək Rusiya-Ermənistan yüksək səviyyəli danışıqlarına da toxunub. Onun sözlərinə görə, əsas mövzular Ermənistanın gələcək inkişafını və istiqamətini müəyyən etmək, eləcə də bu məsələ ilə bağlı referendum keçirməkdir.

Kremlin sözçüsü əlavə edib ki, Ermənistan Baş nazirinin Rusiyaya səfərinin dəqiq tarixləri dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Putin əvvəllər Paşinyanla Bişkekdə keçirilən ŞƏT sammiti çərçivəsində danışıqlar aparıb. Görüş zamanı liderlər respublikanın Avrasiya İqtisadi Birliyinə (AİB) və ya Avropa İttifaqına üzvlüyü məsələsini həll etmək üçün Ermənistanda referendum təşkil etməyin zəruriliyini müzakirə ediblər.

Danışıqlardan sonra Putin Ermənistan Baş nazirini iki ölkə arasında əməkdaşlığın konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini söyləyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью