Paşinyan Rusiyaya təhlükəli vəziyyətdə getdi

13.12.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Ermənistanda əlverişsiz hava şəraiti səbəbindən bir sıra reyslər təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Belə ki, Afina-İrəvan A3898, Vyana-İrəvan OS641, Vyana-İrəvan W42891, Moskva-İrəvan SU1964, Moskva-İrəvan 3F322, Moskva-İrəvan 5G710 reyslərində gecikmə qeydə alınır, Varşava-İrəvan LO729 isə ləğv edilib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir qədər əvvəl Rusiyaya səfər edib. Onun bu gün Moskvada keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirakı gözlənilir.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью