Paşinyan SanktPeterburqa müavinini göndərib

26.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanı Ali Avrasiya İqtisadi Şurasının iclasında baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Onun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına, Sankt-Peterburq şəhərinə gedib.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan da daxildir.

Baş nazir Nikol Paşinyan koronavirusa yoluxduğunu əsas gətirərək, Rusiyaya getməkdən imtina edib. Son məlumata görə, Paşinyanın iclasa videobağlantı vasitəsilə qoşulacağı gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью