Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan niyə məhz indi saqqalını qırxdığını açıqlayıb və buna reaksiyanın onun üçün sürpriz olduğunu etiraf edib.
Lakin qeyd edək ki, erməni hökumət başçısının müəmmalı cavablarından əslində yenə də bu səbəbin nə olduğunu anlamaq olmur.
Moderator.az xəbər verir ki, “Armenpress” nəşrinin yaydığı məlumata görə, Paşinyan bu haqda Ermənistanın İctimai televiziyasına müsahibəsində danışıb.
“Mən təraş etmək qərarına gələndə bunun üçün böyük qızımın ad gününü seçdim.
İndi müsahibə efirə veriləndə digər qızlarım deyəcək: bəs bu, bizim doğum günü niyə olmadı ki?
Düşünürəm ki, bu planda Aşot (oğlu - red.) o qədər də iddialı deyil və bu məsələni qaldırmayacaq”, - deyə o bildirib.
Baş nazir 2018-ci ilin “məxməri” inqilabından sonra ilk dəfə nə üçün üzünü qırxdığını da açıqlayıb.