Paşinyan seçki təzyiqlərinin yoxlanılmasını tapşırıb

20.10.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan yerli özünüidarəetmə orqanlarına seçkilər zamanı təzyiq iddiaları ilə bağlı müraciətləri araşdırılması üçün aidiyyəti qurumlara göndərib.

Modern.az xəbər verir ki, Paşinyan əvvəlki paylaşımından sonra elektron poçtuna çoxsaylı məktublar gəldiyini, lakin onlardan yalnız üçünün sözügedən mövzu ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, ilk məktubu “Güclü Ermənistan” fraksiyasının deputatı göndərib. Deputat siyasi motivlərlə işdən çıxarılma iddialarını səsləndirdiyi çıxışının keçidini təqdim edib. Paşinyan məsələ ilə bağlı müvafiq müfəttişliyə təcili yoxlama aparmağı tapşırdığını deyib.

İkinci müraciətdə uşağın seçki təşviqatında iştirakını əks etdirən video göndərilib. Baş nazir həmin görüntüləri Antikorrupsiya Komitəsinə yönləndirib.

Üçüncü məktubun müəllifi isə hökumətin siyasətini ümumilikdə dəstəklədiyini, lakin icma rəhbərliyinə irəli sürülmüş namizədi uğurlu seçim hesab etmədiyini yazıb.

Paşinyan cəmi üç müraciətin daxil olmasının hər şeyin ideal olması anlamına gəlmədiyini vurğulayıb.

“Bu vəziyyətlə üzləşən vətəndaşların hüquqlarını qorumaq üçün siyasi iradəm var. Amma faktlardan xəbərim yoxdursa və ya vətəndaşlar onları bildirmək çağırışıma cavab vermirlərsə, hansı addımları atmalıyam?” – baş nazir qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью