Paşinyan: Seçkidə 90 faizlik qələbə məni qane etmir

26.10.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 25-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilər barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada video yayımlayıb.

Baş nazir bildirib ki, seçkilərin nəticələrinə əsasən, hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onu dəstəkləyən namizədlər inamlı qələbələr qazanıblar.

Paşinyan qeyd edib ki, bu, ilk baxışdan sevindirici görünsə də, bəzi icmalarda “Vətəndaş Müqaviləsi”nin 90, 80 və 70 faizdən çox səs toplaması onu elə də qane etmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью