Paşinyan seçkilərdən qalib çıxacaq, lakin... Əli Orucov

05.06.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Ermənistanda keçiriləcək parlament seçkiləri təkcə iqtidarı müəyyənləşdirməyəcək, həm də ölkənin gələcək taleyini müəyyən edəcək. Təbliğat kampaniyası da iddialı namizədlərin qarşılıqlı ittihamları və sərt üslubu ilə müşayiət olunur. Əksər təhlilçilər və sorğu mərkəzləri Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasını favorit göstərir. Moskvanın bütün cəhdlərinə, təzyiqlərinə baxmayaraq, öz xeyrinə prosesləri dəyişməyə nail ola bilməyib".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Əli Orucov iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərindən danışarkən bildirdi.

Müsahibimiz vurğuladı ki, təxribatlar və müdaxilələr qalmaqda, hətta artmaqdadır:

"Bu, dolayısı və ya birbaşa edilir. Düşünürəm ki, Paşinyan seçkilərdən qalib çıxacaq. Lakin rəqib revanşistlərin parlamentdə möhkəmlənməsi ehtimalları az da olsa qalır. Əgər bu ehtimallar özünü doğrultsa, Paşinyan parlament təzyiqi və maneəsi ilə üzləşə bilər. Məncə, erməni seçiciləri revanşistlərə heç bir şans verməməlidirlər. Çünki belə hal özlərinə və dövlətlərinin gələcəyini qeyri-müəyyənliyə aparar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью