Paşinyan sülh məsələsini niyə uzadır?

26.10.2026

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mətləb Salahov: Hiyləgər erməni xisləti yenə iş başındadır”

“Mən dəfələrlə qeyd etmişəm, indi daha ucadan deyirəm ki, Nikol Paşinyanın Sülh Müqaviləsini reallaşdırmaq əvəzinə Ermənistanı dalandan çıxarıb iqtisadi və kommunikasiyalar baxımdan ayağa qaldırmaq siyasəti qarşıdakı müddətdə bizim üçün ciddi baş ağrısı olacaq. O sözdə bəyan etdiyi kimi Azərbaycan və Ermənistan arasında birdəfəlik sülh barədə deyil, öz ölkəsini dirçəltmək və yenidən bölgədə lazımlı siyasi aktora çevrilmək üçün çapalayır”. Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, N. Paşinyan müxtəlif beynəlxalq platformalarda özünü sülhsevər kimi göstərməyə çalışsa da, praktiki olaraq Sülh Müqaviləsinin imzalanması və real inteqrasiya istiqamətində konkret və qətiyyətli addımlar atmır. “Yeni erməni konstitusiyası barədə müzakirələr gedir. N.Paşinyan yeni erməni konstitusiyasında daha çox öz hakimiyyətinin maraqlarını təcəssüm edən bəndlər üçün baş sındırır. Onun yeni erməni konstitusiyasında Azərbaycanla Sülh Müqaviləsinə mane olan bəndləri aradan qaldırmaq üçün hazırda bir kəlmə də danışmaması dediklərimizi tamamilə sübuta yetirir. N.Paşinyan Sülh Müqaviləsini reallaşdırmaqdan daha çox İrəvanda öz despot rejimini daha da gücləndirmək üçün çalışır”.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью