Paşinyan: “Sülh müqaviləsində Aİ nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur”

13.03.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Sülh müqaviləsi imzalandıqdan sonra İrəvan və Bakı öz aralarında olan sərhəddə üçüncü qüvvələrin yerləşdirilməsi ilə məşğul olmayacaqlar”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyasından bəhs edən bir bənd yoxdur.
Orada üçüncü qüvvələrin yerləşdirilməməsindən söhbət gedir. Üstəlik, bu, həm Ermənistana, həm də Azərbaycana aiddir”, - o, sülh müqaviləsi imzalandıqdan sonra avropalı müşahidəçilərin Azərbaycanla sərhədin Ermənistan tərəfindən çıxarılıb-çıxarılmayacağı sualına cavab verərkən jurnalistlərə bildirib.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью