Paşinyan sülh sazişini o vaxt imzalayacaq ki... | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan Baş naziri Nikol Paşinyan əvvəlcə erkən seçkilər, ardınca Konstitusiya dəyişikliyinə dair referenduma getməyə hazırlaşır.
Ermənistanın “Hraparak” qəzetinin məlumatında qeyd olunur ki, Bakı və İrəvan sülh müqaviləsinin bütün bəndələri üzrə şifahi razılığa gəlsə də, Azərbaycan Ermənistanda Konstitusiya dəyişikliyi olmadan sənədi imzalamaq istəmir.
Bakının əsas tələbi Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasıdır.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, sülh sazişinə yönələn bütün məsələlər hüquqi çərçivədə həll olunmalıdır: ““Hraparak” qəzetinin Paşinyan hakimiyyətinin növbədənkənar seçkilərə və ardınca konstitusiya dəyişikliklərinə dair referenduma gedəcəyi ilə bağlı məlumatın nə qədər həqiqəti əks etdirdiyini demək çətindir.
Çünki rəsmi səviyyədə nə Paşinyan, nə də onun komandasının üzvləri tərəfindən bu barədə hər hansı mövqe bildirilib.
Düzdür, bir müddət əvvəl Paşinyan konstitusiya dəyişikliklərinə dair referendumun 2027-ci ildə keçiriləcəyi ilə bağlı anons vermişdi.
Amma sonrakı müddətdə Paşinyan öz açıqlamalarında bu barədə heç bir tarix səsləndirməyib.
Tam oxu
Xəbəri oxu