“Paşinyan sülh tərəfdarı imicini qorumaq istəyir” Politoloq

04.11.2025

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Orbeli Forumunda çıxışında deyib ki, ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər.

Paşinyanın fikirləri ilə bağlı Redaktor.az-a danışan politoloq Rəşad Bayramov bildirdi ki, erməni baş nazir artıq ikinci dəfədir ki, oxşar açılqlama verir və bununla da bir tərəfdən Ermənistanın daxili siyasətindəki gərginliyi və digər tərəfdən də Qarabağ məsələsindəki mövqeyini balanslaşdırmağa çalışır:

"Yəni başqa sözlə bununla Paşinyan, həm daxili siyasi mövqeyini gücləndirmək, həm də beynəlxalq aləmdə sülh tərəfdarı imicini qorumaq məqsədi güdür. Məsələ burasındadır ki, Ermənitsanda “Qarabağ klanı” kimi tanınan Paşinyan əleyhdarları həmin zümrəni öz ətraflarında maksimum cəmləşdirmək və onlardan seçki öncəsi istifadə etmək üçün Qarabağa qayıdış məsələsini davamlı şəkildə gündəmə gətirirlər. Əslində isə Qarabağı könüllü şəkildə tərk edənlərin heç özlərinin belə ora qayıtmaq kimi fikirləri yoxdur. Onların böyük əksəriyyətinin ümumiyyətlə Ermənistanı tərk edib ayrı-ayrı ölkələrdə məskunlaşdığı da məlumdur. Odur ki, Qarabağa ermənilərin qayıtmasının sülhə təhlükə yaradacağını söyləyən Paşinyan bununla bir tərəfdən Ermənistanın regional siyasətindəki transformasiyanın təməlini qoyur, digər tərəfdən isə ictimai rəyə bu mövqeni təbliğ edənlərin sülh istəməyənlər olduğunu göstərir. Başqa sözlə desək Paşinyan seçki öncəsi ictimaiyyətə sülh və müharibə tərəfdarları arasında seçim etməyə çağırış edir".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью