525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirdiyi brifinqdə deyib.
"Hər bir ölkənin öz təhlükəsizlik sistemi olmalıdır, amma təhlükəsizliyin anlayışı nə qədər geniş olsa, bir o qədər yaxşıdır. İndi məsələn, Ermənistanla Azərbaycan arasında sülh təhlükəsizliyin qarantiyasıdır, belə deyil? Əlbəttə ki, belədir. Ermənistanla Azərbaycan arasında bu sülh müqaviləsi kimin üçün imzalandı? "Bu müqaviləni imzalayan hər kəs onu özü üçün bağlayaraq digəri üçün müəyyən bir təhlükəsizlik rıçağı yaratdı", - Paşinyan bildirib.
Pərvanə Sultanova