Icma.az bildirir, Cebheinfo portalına istinadən. “Paşinyan heç bir əhəmiyyət kəsb etməyən təkliflər irəli sürməklə vaxt qazanmağa çalışır”.
Bu sözləri politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyanın son çıxışında Azərbaycana ikitərəfli silahlara nəzarət mexanizmi ilə bağlı təklifinin mahiyyətini şərh edərkən bildirib.
Politoloq bildirib ki, Azərbaycan bu cür təkliflərin müzakirəsinə zaman ayırmayacaq: “Paşinyanın qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında paktın imzalanması ilə bağlı səsləndirdiyi fikirlər yeni məlumat deyil.
Bu ilin yanvarında da Paşinyan öz çıxışında belə bir təklif irəli sürmüşdü.
Ümmumiyyətlə, Nikol Paşinyan zaman-zaman sülh sazişinə aiddiyyəti olmayan təkliflər irəli sürür.
Bu da sülh prosesindən diqqəti yayındırmağa istiqamətlənib. İndiki mərhələdə sülh sazişinin razılaşdırılmamış iki bəndi üzərində fokuslanmaq
İrəvan belə bir təkliflər irəli sürməklə zaman qazanmağa çalışır.
Bu baxımdan Ermənistan tərəfinin heç bir praktiki əhəmiyyətə malik olmayan təklifləri qəbuledilməzdir.