Paşinyan telefonda Putinlə Aİİ planlarını və ikitərəfli məsələləri müzakirə edib

17.01.2025

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"İki ölkə rəhbərləri Ermənistanın Avrasiya İqtisadi İttifaqına sədrliyinin yekunlarını, Aİİ çərçivəsində gələcək fəaliyyət planlarını, eləcə də ikitərəfli Ermənistan-Rusiya gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.

Xatırladaq ki, liderlər sonuncu dəfə ötən ilin oktyabrında Kazanda BRİKS+ sammiti çərçivəsində şəxsən görüşüblər. Dekabrda isə Paşinyan videobağlantı vasitəsilə Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edib", - deyə məlumatda qeyd edilib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью