Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın 13 ölkədəki səfiri və NATO-dakı nümayəndəliyinin rəhbəri vəzifələrindən geri çağırılıb.
Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan baş nazirin təqdimatı əsasında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bolqarıstan, Şimali Makedoniya, Yunanıstan, Albaniya, Niderland, İsrail, Argentina, Çili, Peru, Kanada, Dominikan Respublikası, Kuba və Yamaykadakı səfirlər geri çağırılıb.
Diplomatların kadr dəyişikliyi ilə bağlı geri çağırıldığı ehtimal olunur.