Paşinyan: Tiqranaşen barədə heç nə deməmişəm, Kərki haqqında danışmışam

03.09.2026

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan anklavı olan və sonradan işğal olunmu yaşayış məntəqəsi Kərkinin Azərbaycana təhvil verilməsi planları ilə bağlı suala cavab olaraq bildirib ki, o, bu məsələyə dair çıxışlarında Tiqranaşenin adını çəkməyib.
"Mən Tiqranaşen barədə heç nə deməmişəm, Kərki (Bu kəndin adını ermənilər dəyişərək Tiqranaşen qoyublar — Red.) haqqında danışmışam. Mən anklavlar barədə danışmışam və bunda yeni heç nə yoxdur. Biz bəyan etmişik ki, Ermənistan Respublikasının ərazisi 29 743 kvadratkilometr təşkil edir", - deyə Paşinyan bu gün keçirilən brifinqdə deyib.
Demokrat.az xəbər verir ki, Ermənistanın baş naziri bu məsələ ilə bağlı heç bir razılaşmanın olmadığını dəfələrlə bəyan etdiyini xatırladaraq, məsələnin əsas "incəliyinin" onun ətrafındakı narahatlıq hissinin aradan qaldırılmasında olduğunu vurğulayıb.
"Ermənistanda bu mövzu ilə bağlı heç bir narahatlığın olmadığı və ondan sui-istifadə edilə bilməyəcəyi kənar dünyaya aydın olduqdan sonra bu məsələ ən yaxşı şəkildə həllini tapacaq", – deyə Paşinyan bildirib.
Daha əvvəllər də anklavlar məsələsinə toxunan Paşinyan bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanmalıdır. Ermənistan Respublikasının ərazisi 29 743 kvadratkilometr təşkil etməlidir və edəcəkdir. Həmçinin müvafiq xəritələrə əsasən, Kərki Ermənistan ərazisi deyil, Azərbaycan ərazisidir. O qeyd etmişdi ki, bu məsələlərin həlli Ermənistan, Azərbaycan və həmin ərazilərdə yaşayan sakinlər üçün məqbul olmalıdır.
Alparslan
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью