Paşinyan: “Tramp marşrutu”nun praktiki icrasına başlandı

22.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsinin həyata keçirilməsinin praktiki mərhələsi başlayıb. Bu barədə Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

Xəbəri “İnterfaks.ru” verib. 

“Dünən Baş nazirin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi işçi qrupu TRIPP layihəsinin praktiki mərhələsinə başlamaq üçün Sünik bölgəsinə səfər edib. Bu mərhələ, əsasən, artıq başlayıb və onun həyata keçirilməsi iqtisadi dinamizmimizi təmin etmək üçün çox vacibdir”, - Paşinyan bildirib.

Baş nazirin müavini Qriqoryan bildirib ki, işçi qrupu dəmir yolu, avtomobil yolu və elektrik xətlərində layihələndirmə işlərini yerində yoxlayıb.

Oktyabrın 21-də Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsi TRIPP çərçivə sazişinin ratifikasiyasını təsdiqləyib. Sənəd gələn həftə parlamentdə müzakirəyə çıxarılacaq.

P.ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью