Paşinyan Trampa zəng edib

16.11.2024

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı aparıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. ...Paşinyan prezident Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, tərəflər regional gündəliyə aid məsələləri də müzakirə ediblər.

Daha əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Keir Starmer Trampı ABŞ seçkilərində qazandığı “tarixi” qələbə münasibətilə təbrik edərək, iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью