Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
“Ümumiyyətlə, Ermənistan Respublikası və regionumuzun Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və sonrakı proseslərlə bağlı transformasiya yaşadığı aydındır.
Hazırda biz hər gün TRIPP layihəsinin praktiki olaraq, həyata keçirilməsi üzərində işləyirik. Bu təşəbbüs, şübhəsiz ki, təkcə Ermənistan Respublikasının deyil, həm də bütün regionun iqtisadi mənzərəsinin dəyişdirilməsində təməl daşı olacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Erməistanın Baş naziri Nikol Paşinyan belə deyib.
“Ermənistan-Böyük Britaniya 2026” biznes forumunda çıxış edən Paşinyan TRIPP layihəsi sayəsində ölkəsinə müəyyən investisiya marağının artdığını bildirib:
“Aydındır ki, bu layihə öz növbəsində yeni layihələr yaradacaq və Ermənistanın və regionumuzun investisiya cəlbediciliyi artacaq”, - deyə Baş nazir bildirib.
O əlavə edib ki, TRIPP layihəsinin həyata keçirilməsi ilə yanaşı, yaxın gələcəkdə Ermənistan-Türkiyə sərhədinin açılması və nəticədə, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla dəmir yolu xidmətinin istifadəyə verilməsi gözlənilir. “Bütün bu nəqliyyat əlaqələri ilə yanaşı, əlbəttə ki, hazırda neft və qaz boru kəmərlərinin çəkilməsi imkanlarını araşdırır və müzakirə edirik; elektrik ötürücü xətləri ilə bağlı da xüsusi müzakirələr aparılır”,- deyə Ermənusanın baş naziri qeyd edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin