Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində qeyd deyib.
"İşçi qruplarının dar çərçivələrdə fəaliyyət göstərməsi mümkündür, çünki xarici işlər nazirliyində də məsul şəxslər var, amma bu daha geniş bir kontekstdədir: nəqliyyat əlaqələri və s." - deyə Paşinyan qeyd edib. O, həmçinin, erməni tərəfdən işçi qrupunun kim tərəfindən rəhbərliyə alınacağı ilə bağlı suala cavab verərkən bildirib ki, ABŞ tərəfi ilə bu məsələdə Ermənistanın Xarici İşlər Nazirliyinin müavini Vaan Kostanyan çalışır.
"Bundan əlavə, daha geniş koordinasiya məsələləri, nəqliyyat əlaqələri, delimitasiya və digər məsələlərlə bağlı işləri Baş nazirin müavini Mger Qriqoryan həyata keçirir," - deyə Paşinyan əlavə edib.
Baş nazir həmçinin qeyd edib ki, "Trump Marşrutu" layihəsinin həyata keçirilməsi ilə bağlı hansı işlərin görülməsi məsələsində konkret faiz nisbətini dəqiqləşdirməkdə çətinlik çəkir. O, bu layihənin çox böyük bir proqram olduğunu, ötən həftə ərzində böyük hadisələrin baş vermədiyini və daha əvvəl dediklərinə əlavə edəcəyi bir şeyin olmadığını vurğulayıb.
8 avqust tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trump ilə üçtərəfli görüşün nəticəsi olaraq, Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı və Yerevan arasındakı sülh danışıqları ilə bağlı birgə bəyanat imzalayıblar. Həmçinin, bu bəyanatda Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması məsələsi də öz əksini tapıb.
Qadir, Bizimyol.info