Paşinyan türk ölkəsində məşhur gölün sahilində 30 kilometr pedal çevirdi VİDEO

07.08.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qırğızıstana işgüzar səfəri zamanı səhər saatlarında velosiped yürüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, Paşinyan İssık-Kul gölünün sahili boyunca velosipedlə 30 kilometr məsafə qət edib.
Baş nazir daha sonra yürüşdən görüntüləri sosial şəbəkə hesabında paylaşaraq günə 30 kilometrlik velosiped yürüşü ilə başladığını bildirib.
Paşinyan Qırğızıstana Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün səfər edib. İclas Çolpon-Ata şəhərində keçirilir.
Səfər çərçivəsində Ermənistan hökumətinin başçısı Qırğızıstan prezidenti Sadır Japarovla da görüşüb. (musavat.com)

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью