Paşinyan: Türkiyə ilə sərhədlərin açılması gündəmimizdədir

11.02.2026

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ictimai televiziyasına müsahibəsində Ermənistan–Türkiyə sərhədinin açılması məsələsinin gündəmdə olduğunu bildirib.

Sherg.az xəbər verir ki, baş nazir sərhədin parlament seçkilərindən əvvəl açılmasının mümkünlüyü ilə bağlı suala “Bu istiqamətdə çalışacağıq” cavabını verib.

Qeyd edək ki, Alican sərhəd qapısında işlərin 90 faizi tamamlanıb. Bundan əlavə, rəsmi pasport sahibləri üçün viza prosedurları sadələşdirilib.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da Türkiyə ilə sərhədlərin açılmasının vacibliyini vurğulayaraq, bunun regionda davamlı sülhə xidmət edəcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью