Paşinyan Türkiyə səfəri haqda: Yeni təkan...

20.06.2025

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyəyə səfərinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Bakupost.az xəbər verir ki, o, bunu İstanbulda yerli erməni icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, səfərin əsasında Ermənistan-Türkiyə dövlətlərarası münasibətləri dayanır və baş verən proses münasibətlərin qurulması üçün hər iki ölkənin maraqlarından irəli gəlir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью