“Paşinyan Türkiyəli Nobel mükafatçısına sponsorluğu Ruben Vardanyana tapşırıbmış…” | Icma.…
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Acemoğlu və ABŞ-da fəaliyyət göstərən bir çox ictimai xadimlərin İrəvandakı Rusiya agentura şəbəkəsini açıq şəkildə dəstəkləməsinin başlıca səbəblərindən biri də Ermənistanın ictimai dinamiklərini ələ keçirmək və ya Rusiyadan təhvil almaq cəhdindən qaynaqlana bilər…” Ermənistanda da son vaxtlar maraqlı və ziddiyyətli olaylar baş verir.
Bu günlərdə dünya şöhrətli Türkiyəli erməni mənşəli iqtisadçı, Nobel mükafatçısı Daron Acemoğlunun guya Putinin həbsdə olan milyarder “desant”ı Samvel Karapetyanın son günlər kütləvi mitinqləri ilə fəallaşmış “Bizim yol” hərəkatına qoşulması, onlayn olsa da, həmin hərəkatın ilk hesabat yığıncağında məruzə etməsi haqda məlumatlar yayıldı.
Halbuki Acemoğlunu 2018-ci ildə hakimiyyətə gəldikdən az sonra Nikol Paşinyan Ermənistan iqtisadiyyatını dirçəlməsinə dəstək verməsi məqsədi ilə ölkəyə dəvət etmişdi.
Hətta bəzi məlumatlara görə, o bir müddət baş nazirin iqtisadi müşaviri də olmuşdu. Görəsən, nə baş verir?
Yəni necə olur ki, "demokratiya ocağı" adlanan ABŞ-dan gələn respublikaçı vəkil Robert Amsterdam totalitar Rusiyanın Ermənistandakı agentlərini müdafiə etdiyi kimi, Paşinyanın özünün dəvət etdiyi demokratik düşüncəli sayılan Acemoğlu da rusiyapərəstlərin düşərgəsi ilə əməkdaşlıq edir?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, erməni iqtisadçısı Daron Acemoğlunun Paşinyan hakimiyyəti ilə yaxın əlaqələri barədə iddialar əsaslı dəlillərə söykənmir: “Düzdür, Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə Daron Acemoğluna Ermənistan iqtisadiyyatını yenidən qurmaq barədə təkliflər verib.
Acemoğlunun da bu təklifə müsbət cavab verdiyini də iddialar arasındadır.
Tam oxu
Xəbəri oxu