Paşinyan: Türkmənistanda Putinlə ikitərəfli görüş planlaşdırılmır

08.10.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Türkmənistanda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevlə heç bir rəsmi ikitərəfli görüş planlaşdırılmır.

Məlumatı “İnterfaks.ru” verib. 

“Bir ay əvvəl həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə görüşlər keçirildi. Lakin (MDB sammitinin) format elədir ki, həm Rusiya, həm də Azərbaycan prezidentləri ilə mütləq təmaslar olacaq. Bu gün və sabah biz eyni platformada olacağıq. Və təmaslar bu formatlarda baş verir”, - deyə Paşinyan cümə axşamı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkmənistanda Rusiya prezidenti ilə heç bir rəsmi ikitərəfli görüş planlaşdırılmır: “Əgər buna ehtiyac olduğu aydınlaşarsa, bəlkə də bu mümkün olacaq. Amma mütləq təmaslar və müzakirələr olacaq”, - deyə Paşinyan qeyd edib.

P.ƏMİRCANOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью