Paşinyan üçün qorxulu ssenari: Putin hazırlıq görür

01.05.2025

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistan Baş naziri Nikol Paşinyanın hələlik komandası ilə müzakirə edəcəyi heç nə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, Nikol xüsusilə də mayın 9-da nə edəcəyinə qərar verməyib:

“Qərb açıq şəkildə onu şantaj edir ki, Böyük Vətən Müharibəsinin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etsə, sanksiyalar tətbiq edəcək. Digər tərəfdən, Rusiya Ermənistanla ardıcıl məşğul olmağa başlayıb və Paşinyan Moskvaya getməsə, onu cəzalandıra bilərlər”.

Nəşr xatırladıb ki, Rusiya artıq Ermənistanın iştirakını təsdiqləyib:

“Həmçinin elan edib ki, İrəvandan da parada qatılanlar olacaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью