Paşinyan: “Ümid edək ki, Putin məni təbrik edəcək”

11.06.2026

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Moskva səfəri üçün dəvət olarsa, imtina etməyəcəyəm"

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Rusiya Federasiyasına səfər yalnız rəsmi dəvət olduğu halda mümkün olacaq.

Sherg.az xəbər verir ki, Paşinyan jurnalistlərə açıqlamasında deyib ki, belə bir anlaşma olsa da, səfər üçün mütləq rəsmi dəvət lazımdır: “Əgər dəvət olunsa, gedəcəyəm, imtina etməyəcəyəm”.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinin parlament seçkilərindən sonra hələ onu təbrik etməməsi ilə bağlı suala “Ümid edək ki, təbrik edəcək” cavabını verib.

Qeyd edək ki, Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Paşinyan iyun ayında Rusiya ilə yüksək səviyyəli görüşün planlaşdırıldığını bildirmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью