Paşinyan Vaşinqtonda: Ermənistan ABŞ a ümid edir

04.02.2025

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Cənubi Qafqazda sülhün ABŞ üçün prioritet olacağına ümidvar olduğunu söyləyib.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Baş nazir Nikol Paşinyan Vaşqintonda "Seyv Armeniya" ("Save Armenia" - "Ermənistanı xilas edin") təşkilatının üzvləri ilə görüşü zamanı deyib: " Əgər ABŞ tərəfindən hansı növ dəstəyin daha eggektli olduğunu soruşsanız, deyərdim ki. Cənubi Qafqazda sülh məsələsinin ABŞ-ın siyasi elitasının gündəminin prioritetləri siyahısına salınması çox mühüm olardı".
Paşinyanın sözlərinə görə, Ermənistan demokratiyaya can atır: "Biz demokratiyanı daha da dərinləşdirməyə və onu institutlaşdırılmış təməl üzərində qurmağa çalışırıq ki, hakim qüvvələrin siyasi iradəsindən asılı olmasın".
Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью