GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nikol Paşinyan və Emmanuel Makron Budapeştdə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-Fransa əməkdaşlığı məsələlərini müzakirə ediblər.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.
Baş nazir Paşinyan Ermənistanın sülh gündəminə sadiqliyini və regional təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb.