Paşinyan və Mişustin Ermənistan Rusiya münasibətlərinin hazırkı vəziyyətini müzakirə ediblər

24.07.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.

Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında görüş keçirilib. 


Missiya.Az NEWS.am-a istinadən xəbər verir ki, görüş Rusiya Federasiyasının Altay Respublikasında keçirilən Təbiət və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.

 Görüş zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini müzakirə ediblər. 

Bildirilib ki, ikitərəfli əməkdaşlığın gündəliyi, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət, eləcə də maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Nurlana Əhmədova
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью