Paşinyan və Putin nələri müzakirə edəcək? Uşakov

28.08.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İrəvanın Avropaya inteqrasiyası məsələsi Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşün mövzularından biri olacaq.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsindəki əməkdaşlıqdan böyük faydalar əldə edərək, eyni zamanda Avropa İttifaqına üzv olmağa can ata bilməz. Bu məsələni hansısa yolla həll etmək lazımdır və prezidentlə baş nazir, şübhəsiz ki, bu barədə danışacaqlar", - Uşakov bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью