Paşinyan vəzifə dəyişikliyi etdi

27.11.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Ermənistanın Miqrasiya Xidmətinin rəisi Armen Kazaryan daxili işlər nazirinin müavini təyin edilib.

"Unikal" xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.

Baş nazirin digər qərarı ilə Kazaryan miqrasiya strukturunun rəhbəri vəzifəsindən azad edilib. Paşinyan həmçinin daxili işlər nazirinin müavini David Hambaryanı tutduğu vəzifədən uzaqlaşdırıb.

Armen Kazaryan 2018-ci ilin iyunundan miqrasiya xidmətinə rəhbərlik edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью