Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra vəzifəsini tərk edəcəyini bəyan edib. O, bu qərarın yeni Konstitusiya ilə bağlı keçiriləcək referendumun nəticəsindən asılı olmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı müxalifət nümayəndələrinə müraciət edərkən bu barədə danışıb.
Ermənistan hökumətinin başçısı istefasını tələb edən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif etməyə hazır olduğunu bildirib.
Onun sözlərinə görə, vəzifədən getməsi hər iki halda mümkündür. Belə ki, vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs versələr, Paşinyan dərhal istefa verəcək. Konstitusiya layihəsi dəstəklənərsə, o, Azərbaycanla sülh müqaviləsi imzalanıb ratifikasiya edildikdən və sülh gündəliyinin bir sıra bəndləri həyata keçirildikdən sonra postunu tərk edəcək.
Baş nazir referendumda Ermənistan vətəndaşlarının böyük əksəriyyətinin yeni Konstitusiya layihəsini dəstəkləyəcəyinə əminliyini ifadə edib. Onun fikrincə, bu sənədə səs verməklə vətəndaşlar öz gələcəkləri və gələcək nəsillərin taleyi ilə bağlı seçim edəcəklər.
Bizim.Media