Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətini açıq seçim etməyə çağırıb:
“Ya Qarabağ hərəkatını davam etdirmək, ya da bitirmək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan bu barədə özünün “Facebook” səhifəsində canlı yayımda sülh və müharibə mövzusunda çıxış edərkən danışıb. O bildirib ki, hər bir sözün mənası və nəticələri var.
“Söz bir hərəkət və ya fəaliyyət planıdır. “Artsax Respublikası” və ya “Artsax məsələsi” ifadələrinin istifadəsi əslində hadisələrin müəyyən inkişafına gətirib çıxarır.
Elə bir variant yoxdur ki, bu ifadələrin istifadəsi müəyyən bir məqamda münaqişəyə səbəb olmasın.Bunun sabah və ya bazar ertəsi baş verəcəyini demirəm, amma müəyyən bir məqamda mütləq münaqişəyə səbəb olacaq”,-deyə Ermənistanın Baş naziri qeyd edib.
Paşinyanın sözlərinə görə, siyasi meydan əslində, sülh partiyası və müharibə partiyası arasında bölünüb. “Əgər Qarabağ hərəkatını davam etdirsək, bu, yeni bir müharibə demək olacaq. Başqa cür ola da bilməz”,-deyə Baş nazir əlavə edub.
Nikol Paşinyan bildirib ki, xalq qarşıdan gələn seçkilərdə öz seçimini etməlidir: “Xalq Qarabağ hərəkatını davam etdirib-etdirməyəcəyini deməlidir”.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin