Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, görüş Paşinyanın Brüsseldə işgüzar səfəri çərçivəsində baş tutub.
Görüşdə Ermənistan-Xorvatiya və Aİ-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər həmçinin Ermənistan və Xorvatiya arasında ticarət-iqtisadi əməkdaşlıq və Ermənistanda demokratik islahatların irəliləyişi barədə fikir mübadiləsi aparıblar.
Paşinyan və Plenkoviç Ermənistan və Xorvatiya arasında strateji dialoq haqqında Bəyannamənin əhəmiyyətini vurğulayıblar.
Gülşən Şərif